1986-cı ildə Katerina və David Birni cütlüyü 4 qızı qaçıraraq dəfələrlə təcavüz etdikdən sonra öldürmüşdü.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qorxunc cütlüyün əlindən qaçmağı bacarıb onları həbsxanaya saldıran Keyt Moir illər sonra ilk dəfə açıqlama vermək qərarına gəlib.

Keyt Moir 17 yaşındaykən rəfiqələriylə getdiyi bir partidən evə dönmək istəyiblər. Onlara yaxınlaşan iki şəxs gecə saatları olduğu üçün qızları evə yola salmağı təklifi edib. Təklifi qəbul edən Keyt Moir bir evdə yatağa zəncirlənmiş halda gözünü açıb.

Keyt onu oğurlayan Katerin və David Birni cütlüyündən onu öldürüb-öldürməyəcəklərini soruşub. Cavabında: "Əgər sakit dursan, yalnız zorlayarıq", - deyiblər.

1986-cı ildə yaşanan hadisəylə əlaqədar ilk dəfə açıqlamalar edən Keyt Moir zəncirlə bağlandığı bir yataqda dəfələrlə təcavüzə uğradığını deyib. Ondan əvvəl cütlüyün daha 4 qurbanı olub. Keyt cinayətkarların aralarında bir şifrə istifadə etdiklərini hiss edib. "Heç lopa varmı?" sualının onlar arasında "Səndə yenisi varmı?" mənasında işləndiyini anlayıb.

Keyt Moir bir gün pəncərədən çıxıb qaçıb. Daha sonra Katerin və David Birni həbs olunublar. Ömürlük həbs cəzası alan qorxunc cütlükdən David 2005-ci ildə həbsxanada özünü asıb. İşin digər maraqlı tərəfi isə aradan keçən bu qədər il sonra qatil bir neçə ay içində yenidən məhkəməyə çıxarılacaqdı. Üstəlik, sərbəst buraxılması məsələsi də gündəmdə idi.

Avstraliya tarixinin ən amansız qatilləri olaraq yadda qalan Katerin və David Birni 1986-cı ildə bir neçə həftə içərisində 15 yaşlı Suzanna Kendi, 21 yaşlı Denis Broun, 22 yaşlı Meri Neilson və 31 yaşlı Noelen Pattersonu oğurlayaraq zəncirlə bağladıqları yataqda saxlamış və qurbanlarına dəfələrlə təcavüz etdikdən sonra öldürmüşdülər.


Baxış sayı: 4036 | Tarix: 06.02.2017
Bizi Telegramda izləyin: @repostaz