30 yaşlı rəqqasə hər kəsin gözü qarşısında qətlə yetirilib.
RePost.Az Nyu-York Post-a istinadla bildirir ki, hadisə Moskva şəhərində baş verib. Bir neçə beynəlxalq rəqs müsabiqələrinin qalibi olan 30 yaşlı Natalia Pronina küçədə güllələnib.
East2West News-un məlumatına görə, qətl hadisəsi Akademicheskaya metrostansiyasının yaxınlığında baş verib. Sinəsindən iki güllə yarası alan Nataliya iki saat sonra xəstəxanada dünyasını dəyişib.
Hadisəni törədən şəxs maskada olduğundan hələlik onun kimliyi müəyyənləşdirilməyib.
İddialara görə, o, adı mətbuata açıqlanmayan boşanmış, varlı siyasətçinin sevgilisi olub.
Cinayətlə bağlı araşdırmalar davam etdirilir.