Ermənistanın cənubunda, Syünik istiqamətində Qarabağ müharibəsi vaxtı ölən hərbçilərin axtarışı zamanı mina partlayışı baş verib.
 
RePost.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,  hadisə Mehri rayonunda qeydə alınıb.
 
İnsident nəticəsində Ermənistan FHN-in iki əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baxış sayı: 3124 | Tarix: 19.01.2021
Bizi Telegramda izləyin: @repostaz