İŞİD terror təşkilatı danimarkalı qadının başına 1 milyon dollar pul qoyub.
 
RePost.Az-ın məlumatına görə, Joanna Palani terror qruplaşmasına qarşı peşmərgə və YPG sıralarında döyüşüb. İraq və Suriyada kürd silahlı birləşmələrinin tərkibində snayper kimi döyüşən qadının çoxlu terrorçu öldürdüyü deyilir. Onun İran vətəndaşı olduğu və adını sonradan dəyişdiyi ehtimal edilir. 23 yaşındakı Joanna Palaninin hazırda Danimarkada olduğu bildirilir. O, sonuncu dəfə Suriyadan Danimarkaya qayıdıb.
 
RePost.Az

Baxış sayı: 4055 | Tarix: 11.02.2017
Bizi Telegramda izləyin: @repostaz