2012-ci ildə Kanadada yoxa çıxan Anton Pilipa adlı şəxs, 5 il sonra 10 min 460 kilometr uzaqda Amazon meşələrində tapılıb. 
 
RePost.Az  Bizimyol-a istinadən xəbər verir ki, yoxsulluqla mübarizə aparan bir fəal olan Anton 2012-ci ildə yaşadığı şəhərdəki kitabxanalardan birinə gedib. Şəxsiyyət vəsiqəsi olmadığı üçün kitabxanaya buraxılmayan Anton, həmin gün yoxa çıxıb. 5 il boyunca axtarışları davam etsə ailəsi artıq onun öldüyünü düşünürdü. 
 
Anton tapıldıqdan sonra məlum olub ki, o piyada olaraq Kanadadan ABŞ ərazisinə keçib. Daha sonra isə o, Meksika sərhədlərini keçməyi bacarıb. 10 min kilometr piyada gəzən kanadalı nəhayət Amazon meşələrinə gəlib çıxıb. 
 
Mediaya açıqlama verən Antonun qardaşı, xəbəri eşidikləri zaman şoka düşdüklərini və qardaşının öldüyünü düşündüklərini deyib. Qardaşı onun psixi pozuntularının olduğunu və yoxsulluqla mübarizə aparan bir fəal olduğunu deyib. 
 
Anton tapıldıqdan sonra xəstəxanaya aparılıb. 
 
 

Baxış sayı: 4169 | Tarix: 11.02.2017
Bizi Telegramda izləyin: @repostaz