Digər Xəbərlər
Amerikalıların 55 faizi Trampın fəaliyyətindən narazıdır.
RePost.Az apa-ya istinadən bildirir ki, bunu "Gallup" İctimai Araşdirma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərib.
Rəy sorğusunda iştirak edənlərin 40%-i yeni prezidentin fəaliyyətini dəstəkləyib, 55%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.
Qeyd olunur ki, sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. "Gallup" İnstitutunun gündəlik sorğularında 1 500 ABŞ vətəndaşı iştirak edir.