Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.
RePost.Az-ın məlumatına görə, N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.
“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o yazıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.