Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov Qətərin paytaxtı Dohada danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ, Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.
RePost.Az xəbər verir ki, bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb.
“Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Türkiyə və Rusiya arasındakı münasibətləri, Dağlıq Qarabağ, Liviya və Suriyadakı son hadisələri müzakirə etdik”, - deyə M.Çavuşoğlu bildirib.
Türkiyə XİN-in rəhbəri Ankaranın turizm sektorunda pandemiya öncəsi göstəricilər əldə etməyi hədəf aldığını qeyd edib.
Çavuşoğlu, həmçinin Türkiyənin Mersin vilayətində “Akkuyu” AES-in 3 saylı enerji blokunun inşasına başlanılması münasibətilə mərasim təşkil edildiyini də xatırladıb.