Ehtiyatda olan General-leytenant Rövşən Əkbərovun cinayət işi ilə bağlı bəzi detallar məlum olub. 
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, Rövşən Əkbərov cinayəti 2001-ci ildə Ukraynada hərbi məktəbdə oxuyarkən törədib. Hadisə isə Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığındakı restoranda baş verib. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun da hadisəyə şahidlik etdikləri deyilir. Hətta Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyevin də hadisədən xəbərdar olduğu istisna edilmir. 
 
O dövrün mətbuatında dərc olunan yazılara görə, hadisənin baş verməsində biznes maraqları istisna olunmur. Həmin ərəfədə Azərbaycanın Ukraynadakı səfirliyi gənc azərbaycanlı iş adamı Elçin Əliyevə məxsus binada yerləşib. Azərbaycanda diplomatik korpusla kifayət qədər əlaqələri olan Elçin Əliyevin Nazim İbvrahimovdan sonra Ukraynada səfir olmaq istəyi Ukraynda biznesi olan siyasi fiqurları narahat edib. 
 
O dövrün mətbuatında dərc olunan yazılara görə, onu fikrindən daşındırmaq üçün Nazim İbrahimov, Rövşən Əkbərov və Yunus Oğuzun da iştirak etdiyi danışqılar başlayıb. Lakin Elçin Əliyev fikrindən dönməyib. Nəticədə Tələt Əliyevİn səfir olmasını daha çox arzulayan Rövşən Əkbərov süngü ilə Elçin Əliyevi qətlə yetirib. 
 
Lakin Nazim İbrahimovun Rövşən Əkbərovun toxunulmazlığı ilə bağlı Ukraynda hüquq-mühafizə orqanlarına təqdim etdiyi sənəd əsasında o, Azərbaycana gələ bilib. 
 
Elçin Əliyevin Ukrayndakı biznesi isə Nazim İbrahimovun əlinə keçib. 
 
Ukrayna prokurorluğu Elçin Əliyevin Rövşən Əkbərov tərəfindən qətlə yetirilməsi ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına kifayət qədər dəlil-sübut təqdim etsə də, onu himayə edən şəxslər cinayət işinin üstünün açılmasına mane olublar. 
 
Yazıda hallanan iddialar, şahidlərlə bağlı Baş prokurorluğa və adıçəkilən şəxlərə ünvanladığımız sullara cavab verilməyib. 
 
Adları çəkilən şəxslərin mövqeyi yazıya əlavə olunacaq.
 

Baxış sayı: 4644 | Tarix: 16.03.2021
Bizi Telegramda izləyin: @repostaz