Azərbaycanı "Eurovision 2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samira Əfəndinin "Mata Hari" mahnısı "YouTube"də yayımlanan "Eurovision Hub" proqramında müzakirə edilib.
RePost.Az BAKU.WS-ə xəbər verir ki, onlayn müzakirədə Ermənistandan olan rəqqas Miko da iştirak edib.
Azərbaycanın təqdim etdiyi layihəni müsbət qiymətləndirən erməni rəqqəs ölkə vətəndaşlarının başına ağıl qoymağı da unutmayıb:
“Siyasəti və müharibəni unutmaq çox çətindir, çünki hər iki ölkə çətin anları yaşayır. Ancaq dəyişiklik bizdən başlayır. Hər şey bir-birimizdən asılıdır.
Hər iki ölkədə insanlar oyanana və həyatın qısa olduğunu, nifrətin faydasız olduğunu başa düşənə qədər "Mata Hari'ni dinləyək".