Ermənistanın İstintaq Komitəsi meyiti tapılan bir qadının ölümü ilə bağlı “intihara sövq etmə” maddəsi üzrə cinayət işi qaldırıb. Yerli KİV həmin qadının rusiyalı sərhəd xidməti generalının qızı olduğunu yazır.
 
RePost.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl kriminal xəbərlər üzrə ixtisaslaşmış “Shamshyan.som” saytı İrəvanda “FTX general-leytenantının qızı”nın ölümü barədə məlumat yaymışdı. “Telegram” kanalları ölən qadının atasının milliyyətcə erməni olduğunu, ancaq Rusiya sərhəd qoşunlarında xidmət etdiyini və bu yaxınlarda ehtiyata buraxıldığını yazmışdı.
 
Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən “RİA Novosti”yə verilən məlumata görə, intihar barədə məlumat bazar günü yerli vaxtla saat 17:05-də polisə daxil olub. 1981-ci il təvəllüdlü qadının cəsədi David Anaxt küçəsindəki mənzildə divanda tapılıb. Onun cəsədinin yanında atasına məxsus “Makarov” tipli tapança olub.

Baxış sayı: 4207 | Tarix: 12.04.2021
Bizi Telegramda izləyin: @repostaz