Məşhur müğənnilər Damla, Rəqsanə İsmayılova və onun qızının qətlə yetirilən “Albert Rıjiy” ləqəbi ilə tanınan “qanuni oğru” Əli Heydərovla fotosu yayılıb.
RePost.Az “unikal.org”a istinadən xəbər verir ki, foto Rusiyada müğənnilərin qatıldığı məclisdə çəkilib.
Qeyd edək ki, bu ilin aprel ayında Ə.Heydərov Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onun qətlinə görə şübhəli şəxs qismində 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu saxlanılıb. O, ifadəsində Əli Heydərovu öldürdüyünü etiraf edib.