Əməkdar artist Elza Seyidcahan yenə də fərqli imici ilə hər kəsi təəccübləndirib.
BAKU.WS xəbər verir ki, hər zaman ekstravaqant görünüşü ilə diqqət çəkən Seyidcahan bu dəfə başında gül buketi hazırlatdırıb.
Sənətçi saçında bu buketi düzəldənlərə müəyyən göstərişlər verərək onu daha yaxşı və göz oxşayan etmələrini istəyib:
“Elə düzəldin ki, səbətin içindən güllər sallansın. Bir az həssas davranın. Gülləri qısa etməyin, uzun olsun. Rəngarəng, hətta sarı güllər də ola bilər, onlardan da qoyun”, – deyə ifaçı bildirib.
Xatırladaq ki, Elza bir müddət əvvəl qatıldığı verilişlərdən birində qoyun qığından paltar geyinəcəyini açıqlayıb. Onun bu çıxışı böyük səs-küy yaradaraq müzakirələrə səbəb olmuşdu.