Ukraynada 8 Mart - Beynəlxalq Qadınlar Gününün qeyd olunmaması təklif edilir.

RePost.Az Trend-ə istinadən xəbər verir ki, sovet təsirini tam aradan qaldırmaq istəyən Ukraynanın Beynəlxalq Xatirə İnstitutunun hazırladığı qanun layihəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram statusunu itirib

İnstitutun direktoru Vladimr Vyatroviç bildirib ki, 9 May - Qələbə Gününu heç kim ləğv edə bilməz:

"Lakin bu tarixi günün əvəzinə 8 May - Xatirə və Barışıq Günü qeyd olunacaq. 8 mart Qadınlar Günü kimi qeyd edilsə də, adi iş günü olacaq".


Baxış sayı: 5404 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz