Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.
 
RePost.Az xəbər verir ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.
 
Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.
 
A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.
 
İnsidentə polis müdaxilə edib.
 
Hazırda fakt araşdırılır.

Baxış sayı: 4359 | Tarix: 02.06.2021
Bizi Telegramda izləyin: @repostaz