İyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.
Baş Prokurorluqdan RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.