Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovluya qarşı zorakılığına görə polisə çağırılıb.
 
Bu barədə RePost.Az -a Ülviyyə Alovlu məlumat verib. Onun sözlərinə görə, hadisə ötən ayın 20-si Yasamal rayonunda baş verib. Bəxtiyar Hacıyev jurnalist Ülviyyə Alovlunun evinə hücum edərək, ona xəsarət yetirməyə çalışıb.
 
Münaqişəyə səbəb isə adi pişik balaları olub. 
 
Bəxtiyar Hacıyev özünün dişi çöl pişiyi ilə Ülviyyə Alovlunun erkək cins pişiyini cütləşdirməyi xahiş edib, Ülviyyə Alovlu da bir balanın ona veriləcəyi şərti ilə buna razılaşıb. Amma Hacıyevin pişiyi balalayandan sonra o, Ülviyyə Alovlunun bala payını verməkdən imtina edib.
 
Bundan sonra jurnalistin Facebook profilində yazdığı:“Ayrı vaxt haqq-ədalətdən danışan Bəxtiyar Hacıyev mənim bala payımı vermir” – statusunu yazıb.
 
Bunu görən Bəxtiyar Hacıyev qonşuluqda yaşayan, hazırda evdə  tək olduğunu bilən jurnalist Ülviyyə Alovlunun mənzilinə hücum çəkib. Qonşuların gözü qarşısında aqressivlik göstərərək qapını sındırmağa, evə daxil olmağa çalışıb. Buna müvəffəq olmayacağını gördüyü halda isə küçədə hədə-qorxu və nalayiq ifadələr işlədib. 
 
Gün ərzində dəfələrlə bu cür hücuma məruz qalan jurnalist, Bəxtiyar Hacıyevin beşinci hücumu zamanı polisə zəng etməli olub. Sahə müvəkkili hadisə yerinə gəlincə Bəxtiyar Hacıyev oradan uzaqlaşıb.
 
Sahə müvəkkiili RePost.Az-a faktı təsdiq etsə də, ətraflı məlumat üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyi məsləhət görüb. DİN-nin mətbuat xidmətuindən isə lazım olarsa bu barədə ictimaiyyətə açıqlama veriləcəyini bildiriblər.
 
Polis jurnalistdən ərizə və izahat alaraq, Bəxtiyar Hacıyevi bölməyə çağırtdırıb.
 
Redaksiyamızla əlaqə saxlayan Bəxtiyar Haciyev bildirib ki, deyilənlərin heç biri həqiqəti əks etdirmir və Ülviyyə Alovlunun verdiyi açıqlamalarla bağlı polisə şikayət edib. 

Baxış sayı: 5290 | Tarix: 09.08.2021
Bizi Telegramda izləyin: @repostaz