Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar bu gündən bir sıra məhdudiyyətlərin tətbiqinə başlanılıb.
RePost.Az-ın məlumatına görə, Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, avqustun 14-dən sentyabrın 4-dək şəhərlərarası nəqliyyat istisna olmaqla bütün ölkə ərazisində bələdiyyəyə məxsus avtobusların və metronun fəaliyyəti dayandırılıb.
Şəhərdaxili avtobuslardan yalnız vətəndaşların əsas vaksinasiya mərkəzlərinə daşınması üçün istifadə ediləcək. Uşaq əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları təxirə salınıb.
Bundan başqa, qarşıdakı 3 həftə ərzində iaşə obyektlərinin f'əaliyyətinə saat 23:00-dan 05:00-dək icazə verilməyəcək.
Qeyd edək ki Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 579 yoluxma halı qeydə alınıb, 50 nəfər ölüb.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 477 264, ölənlərin sayı isə 6 371 nəfərə çatıb.
Virusa yoluxanlardan 417 013 nəfərin sağaldığı bildirilir.