Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın "Be-200" təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
 
Qeyd olunur ki, Türkiyənin Rusiyada icarəyə götürdüyü "Be-200" təyyarəsi Adana şəhəri yaxınlığında enərkən qəzaya uğrayıb. Gəmidə səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.
 
Qeyd edək ki, təyyarə Muğla vilayətində yanğınların söndürülməsinə cəlb olunmuşdu. Yanğının söndürülməsinə başlandıqdan sonra təyyarə ilə əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb.
 
Hadisənin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiya səfirliyinin əməkdaşları qəza yerinə yollanıb.

Baxış sayı: 4701 | Tarix: 14.08.2021
Bizi Telegramda izləyin: @repostaz