Əfqanıstanın paytaxtı Kabil şəhəri “Taliban” qruplaşmasının nəzarətinə keçəndən sonra küçələrdə qadınlara rast gəlinmir.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”nin şəhərdəki müxbiri məlumat verib.
 
Həmçinin Kabildəki bankların və ticarət mərkəzlərinin bağlı olduğu qeyd olunub.
 
“Kabildə banklar və iri ticarət mərkəzləri işləmir. Dükanların fəaliyyəti qismən bərpa olunub. Sakitlik olsa da, küçələrdə çox az adam var. Qadınlara isə ümumiyyətlə rast gəlinmir”, - məlumatda bildirilib.

Baxış sayı: 6316 | Tarix: 16.08.2021
Bizi Telegramda izləyin: @repostaz