Lerik rayonunda qar uçqunu baş verib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Apa-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.
Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.
Onlar ve sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayevdir.
Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.
RePost.Az-ın məlumatına görə, qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsus olduğu bilirrilir.