Ermənistan  müəyyən addımlar atarsa, Türkiyə onunla dialoqa hazırdır, yəni  Ermənistan Zəngəzur nəqliyyat dəhlizinin açılmasına razılıq versə. Bunu sentyabrın 19 -da Ankarada keçirilən brifinqdə Türkiyə prezidenti Ərdoğan bildirib.
 
Onun sözlərinə görə, Ermənistanın baş naziri Gürcüstanın baş naziri vasitəsi ilə ona görüş təklifini çatdırdı.
 
"Dəhliz açıb açmamaq siyasi məsələdir. Əgər siz (Paşinyan) Ərdoğanla danışıqlara ciddi yanaşırsınızsa, o zaman müəyyən addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik və onları aparacağıq. İnşallah müsbət dəyişikliklər ediləcək və dəhliz açılacaq "dedi

Baxış sayı: 5385 | Tarix: 20.09.2021
Bizi Telegramda izləyin: @repostaz