Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.
 
RePost.Az xəbər verir ki, sentyabrın 17-dən 19-dək Rusiyada VIII çağırış Dövlət Dumasına, regional parlamentlərə seçkilər, habelə bir neçə subyektin başçılarının seçkiləri keçirilib.
 
Ölkə üzrə 96 minə yaxın daimi seçki məntəqəsi, əlavə olaraq, seçicilərin müvəqqəti olduğu yerlərdə təxminən 2500 seçki məntəqəsi açılıb. Rusiyanın 6 regionunun sakinləri distant səs vermək hüququ əldə ediblər.
 
Dövlət Duması Rusiya parlamentinin aşağı palatasıdır. Deputatlar 5 il müddətinə seçilir. Dövlət Dumasına seçkilərdən başqa, 46 regionda dövlət hakimiyyəti orqanlarına seçkilər baş tutub.
 
“ИНСОМАР” Sosial Marketinq İnstitutunun apardığı “exit poll”un nəticələrinə görə, Dövlət Dumasına 4 partiya – “Yedinaya Rossiya” (səslərin 45,2 faizi), Rusiya Federasiyasının Kommunist Partiyası (21 faiz), Rusiya Liberal-Demokrat Partiyası (8,7 faiz) və “Spravedlivaya Rossiya” Partiyası (7,9 faiz) keçib.
 
Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin nəticələrə görə, seçicilərin 38,75 faizi “Yedinaya Rossiya” Partiyasına, 25,05 faizi Kommunist Partiyasına, 9,6 faizi Liberal-Demokrat Partiyasına səs verib.

Baxış sayı: 5100 | Tarix: 20.09.2021
Bizi Telegramda izləyin: @repostaz