İranın 44 günlük Vətən Müharibəsində Azərbaycan etdiyi xəyanətləri üzə çıxıb.
 
RePost.Az-ın əldə etdiyi məlumatlara görə, İran 44 günlük Vətən Müharibəsində Ermənistana kəşfiyyat məlumatları ötürürmüş.
 
Belə ki, Cəbrayıl rayonunun Xudafərin körpüsü yaxınlığında iranlı hərbçilər radioelektron mübarizə sistemləri vasitəsilə Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və helikopterlərin hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyərək əldə edilən məlumatları Ermənistanın baş qərargahına ötürürmüş.
 
Həmçinin Azərbaycan Ordusunun birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edərək, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışıb.
 
Bundan başqa təhsil adı ilə Qum şəhərinə aparılaraq İran xüsusi xidmət orqanları ilə əməkdşalığa cəlb edilən "dindar"ları cəbhə bölgəsinə ezam edərək onlardan Azərbnaycanın itkiləri və əhalinin durumu barədə məlumatlar toplamağı tapşırıblar. 

Baxış sayı: 4777 | Tarix: 07.10.2021
Bizi Telegramda izləyin: @repostaz