Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığı zamanı gərginliyin aradan qaldırılması və Kiyevə maliyyə dəstəyinin göstərilməsi imkanlarını müzakirə etdiyini bildirib.
APA-nın məlumatına görə, bu barədə Zelenski özünün “Twitter” səhifəsində yazıb.
“Son diplomatik gərginliyin azaldılması səylərini müzakirə etdik və gələcək üçün birgə fəaliyyətlə bağlı razılığa gəldik. Davamlı hərbi yardıma görə prezident Co Baydenə təşəkkür etdim. Ukraynaya maliyyə dəstəyinin mümkünlüyü də müzakirə edildi”, deyə prezident vurğulayıb.
O, əlavə edib ki, aralarındakı telefon danışığı uzun olub.