Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxub.
Bu barədə Türkiyə dövlət başçısı sosial şəbəkə hesabında məlumat verib.
Ərdoğan bildirib ki, bu gün verdikləri COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
O, xəstəliyi yüngül keçirdiklərini qeyd edib.
Türkiyə Prezidenti fəaliyyətini evdə davam etdirəcəyini vurğulayıb.