Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı Moskva ilə Ankara arasında razılaşma var, lakin konkret tarix hələ təsdiq edilməyib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
 
“Həqiqətən də, perspektivdə belə bir səfər var. Dəfələrlə dediyimiz kimi, Putin və Ərdoğan bu səfərlə bağlı razılığa gəliblər. Onlar razılaşıblar ki, səfər prezidentlərin qrafiki və şərait imkan verən zaman baş tutsun. Hələlik dəqiq tarix yoxdur, lakin diplomatik kanallar vasitəsilə onlar vaxtında razılaşdırılacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.
 

Baxış sayı: 7418 | Tarix: 08.02.2022
Bizi Telegramda izləyin: @repostaz