Rusiya qoşunlarının bir hissəsi Belarusla “Allied Resolve-2022” birgə təlimlərindən sonra daimi dislokasiya yerlərinə qayıdıb.
 
RePost.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib:
 
"Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar. Ayrı-ayrı bölmələr hərbi kolonların tərkibində təkbaşına yürüş edəcəklər".
 
Qeyd edək ki, bir gün əvvəl Prezident Vladimir Putin, Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilib. Onlar Rusiya və Belarusun hərbi manevrlərini, həmçinin təhlükəsizlik təminatları üzrə danışıqların gedişini müzakirə ediblər.


Baxış sayı: 6202 | Tarix: 15.02.2022
Bizi Telegramda izləyin: @repostaz