“Həmin videonu sosial şəbəkələrdən silmək istədik, lakin gec idi, artıq yayılmışdı. Saytlar da bu videonu paylaşdılar”.
BAKU.WS xəbər verir ki, bu sözləri oyuncaq əjdaha ilə video çəkib paylaşan deputat Tahir Kərimli BAKU.TV-yə açıqlamasında bildirib. O, qeyd edib ki, həmin hadisədən sonra artıq telefonlara da cavab vermir.
“Sovet dövründə, müstəqillik uğrunda daim təqibdə olmuşam. Yəni ki, mən belə hədələrə öyrənmişəm”.
Tahir Kərimli bildirib ki, kimsə qapıya kağız qoyub:
“Mən qapıya gələndə gördüm ki, açar yerinə “zapiska” qoyublar. Dedim, nə kiçik işıqpuldur. Gördüm, kağızda kiril əlifbası ilə yazıblar: “Səni udacaq bu əjdaha”. Daha sonra kağızda adamın adı və Moskva ünvanı yazılmışdı”.
Qeyd edək ki, dünən deputat Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib və onu ölümlə hədələyən şəxslərə səslənib.