Ukraynanın nəzarətində olan Luqansk vilayətinin Stanitsia Luqansk qəsəbəsi atəşə tutulub.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Qüvvələr Əməliyyatı Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilir ki, separatçıların nəzarətində olan ərazidən Stanitsa Luqanska ağır artilleriyadan atəş açılıb.
 
İlkin məlumatlara görə, artilleriya zərbəsi zamanı iki mülki şəxs yaralanıb.


Baxış sayı: 4169 | Tarix: 17.02.2022
Bizi Telegramda izləyin: @repostaz