Rusiya Prezidenti Vladimir Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.
 
RePost.Az xəbər verir ki, həmçinin Vladimir Putin və Leonid Paseçnik Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar.
 
Putin DXR və LXR rəhbərlərini Rusiya ilə dostluq müqavilələrinin imzalanması münasibətilə təbrik edib.

Baxış sayı: 3257 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz