ABŞ Prezidenti Co Bayden “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərədindən tanımasına cavab olaraq yeni sanksiyalara dair fərman imzalayıb.
 
RePost.Az-ın xəbərinə görə, sənəd “DXR” və “LXR”ə yeni sərmayələrin qoyulmasını qadağan edir.
 
Sənəddə göstərilir ki, ABŞ-ın fiziki və hüquqi şəxslərinin “DXR” və “LXR”ə yeni sərmayə qoyması qadağan edilir. Bundan başqa, ABŞ mallarının, texnologiyasının Ukraynanın ərazilərə idxalı və ixracı qadağan edilir.
 
Bayden bildirib ki, sözügedən tanınma Minsk razılaşmasına ziddir və Ukraynada sülhə təhlükə yaradır. Bu həm də ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır.

Baxış sayı: 3599 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz