Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
 
APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. 
 
Tərəflər Rusiyanın "DXR" və "LXR"-i tanımasını müzakirə ediblər.
 
Ukrayna Prezidenti də türkiyəli həmkarı ilə telefon danışığına dair “Twitter”də paylaşım edib.
 
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığım oldu. Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkürümü bildirdim. Həmçinin Ukrayna, Türkiyə və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə Prezident Ərdoğana təşəkkür etdim”, - Ukrayna dövlət başçısı vurğulayıb.

Baxış sayı: 5651 | Tarix: 22.02.2022
Bizi Telegramda izləyin: @repostaz