Rusiyanın Yujno-Saxalinsk şəhərində 29 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

RePost.Az lenat.az-a istinadən xəbər verir ki, O, 14 yaşlı məktəbli qıza seksual xarakterli təkliflər göndərməkdə təqsirli bilinir.

Məlumata görə, azərbaycanlı 2017-ci ilin yanvar və fevral ayları ərzində adı açıqlanmayan məktəbli qızın telefonuna mütəmadi olaraq porno şəkillər və video roliklər göndərirmiş.

Göndərilənlər barədə qız anasına məlumat verdikdən sonra, polis Azərbaycan vətəndaşını saxlayıb.

İlkin istintaq zamanı məlum olub ki, eyni foto və roliklər qızın rəfiqəsinə də göndərilirmiş.

Hazırda faktla bağlı istintaq gedir.

http://www.coreyana.com


Baxış sayı: 6734 | Tarix: 25.04.2017
Bizi Telegramda izləyin: @repostaz