Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyə lideri qeyd edib ki, Ankara Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zidd addımları tanımır və bu, Türkiyənin bu məsələdə prinsipial mövqeyidir. Ərdoğan qeyd edib ki, Minsk razılaşmaları əsasında nəticə əldə etmək vacibdir.
Ukraynadakı hərbi münaqişənin heç kimə sərfəli olmadığını vurğulayan Ərdoğan, dünən olduğu kimi bu gün də Türkiyənin gərginliyin azaldılması və sülhün qorunması üçün hər şeyə hazır olduğunu qeyd edərək, diplomatik təmaslara və danışıqlara çağırıb.
Ərdoğan Rusiya prezidenti Putinin ən qısa zamanda Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirib.