Ukrayna XİN ölkədəyə hücumla bağlı bəyanat yayıb.
 
Ukraynanın Xarici İşlər Nazirlyinin yaydığı bəyanatda deyilir:
 
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib.
 
Rusiyanın hücum hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirməkdir.
 
Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass və Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir.
 
Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
 
Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.
 
Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövləti dəf etməyə hazırdır və Ukrayna torpaqlarının müdafiəsi üçün əllərindən gələni edəcəklər”.

Baxış sayı: 4910 | Tarix: 24.02.2022
Bizi Telegramda izləyin: @repostaz