Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır. Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.
 
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Rudnya (Belarus)-Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.
 
“Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, - vurğulanıb.
 
Qeyd edilib ki, Putivl bölgəsində Rusiya tanklarının hücumu dayandırılıb, Vışqorod səmasında qarşı tərəfin KA-52 helikopteri vurulub.
 
Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı uğrunda döyüşlər gedir.

Baxış sayı: 4872 | Tarix: 24.02.2022
Bizi Telegramda izləyin: @repostaz