Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya lideri Vladimir Putinə zəng edib.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, telefon danışığı zamanı Çin lideri Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu dilə gətirib.
Rusiya Prezidenti Putin Si Cinpinlə danışığı zamanı Rusiyanın Ukrayna ilə yüksək səviyyədə danışıqlar aparmağa hazır olduğunu qeyd edib.