Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı olub.
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ukraynadakı son hadisələr müzakirə olunub.
Hulus Akar bildirib ki, Türkiyə Ukraynaya humanitar yardım göstərməyə hazırdır və daha əvvəl də olduğu kimi, sülh və əmin-amanlığın təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcək.