Ukrayna Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Rada” telekanalının efirində deyib.
 
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri, Milli Polis və Ərazi Özünümüdafiə Dəstələri vəziyyətə və ölkə ərazisinə tam nəzarət edirlər. Nikolayev-Xerson-Odessa xətdi üzrə düşmən geri çəkilməyə məcbur edilib.
Kiyev ətrafında və şəhərin içində Rusiya ordusu və Təxribat-Kəşfiyyat Qruplarına (TKQ) qarşı uğurlu döyüşlər davam edir. Mariupol şəhərinin işğal edilməsinin qarşısı alınıb.

Səhərə olan məlumata görə, Rusiya ordusunun 3,5 min hərbiçisi məhv edilib və 200-ə yaxını əsir götürüb. 
 
Ukrayna Silahlı Qüvvələrinin “Twitter” hesabında paylaşılan məlumata görə, fevralın 24-dən bu səhərədək Rusiyaya məxsus 14 təyyarə, 8 vertolyot, 102 tank, 535 zirehli döyüş maşını, 1 BUK (zenit raket kompleksi) məhv edilib.
 
Prezident Zelenski Rusiyaya qarşı geniş koalisiya yaratmaq üçün Qərb tərəfdaşlarımızla təmaslarıı davam edir. 
 

Baxış sayı: 4359 | Tarix: 26.02.2022
Bizi Telegramda izləyin: @repostaz