Amerika Zelenskiyə ən böyük yardımını təklif edib. Ölkədən qaçmağa ona yardım etməyi təklif edib. Bu barədə “The Washington Post” Ukrayna və ABŞ-dakı mənbələrə istinadla xəbər yayıb.
 
Amerika Zelenskinin Rusiya tərəfindən öldürülcəyini ehtimal edərək ona qaçmağı təklif etsə də, Ukrayna lideri paytaxtı tərk etməkfən imtina edib.
 
Zelenski video müraciət yayaraq paytaxtda olduğunu, şəhərin müdafiəsində iştirak etdiyini bəyan edib.
 
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdən canlı yayım açaraq paytaxtı tərk etmədiyini bildirib. 
 
“Mən burdayam. Biz silahlarımızı yerə qoymuruq. Biz ölkəmizi qoruyacağıq. Silahımız həqiqətimizdir. Həqiqətimiz isə torpağımız, ölkəmiz və övladlarımızdır. Biz onların hamısını müdafiə edəcəyik. Bu sadədir! Saxta xəbərlərə inanmayın! Yaşasın Ukrayna!”, - Volodimir Zelenski deyib.

Baxış sayı: 4682 | Tarix: 26.02.2022
Bizi Telegramda izləyin: @repostaz