"Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub”. 
 
TASS xəbər verir ki, bunu brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
 
 Onun sözlərinə görə, onların arasında 14 hərbi aerodrom, 
19 komanda məntəqəsi və rabitə mərkəzi, 
24 S-300 və Osa zenit-raket kompleksləri,
48 radar stansiyası var.
 
 O qeyd edib ki, hərbçilər hərbi infrastruktur obyektlərinə havadan və dənizdən qanadlı raketlərdən istifadə edərək dəqiq idarə olunan silahlarla zərbə endiriblər.

Baxış sayı: 4739 | Tarix: 26.02.2022
Bizi Telegramda izləyin: @repostaz