Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib.
RePost.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir: “Biz Qomeldə bu danışıqlara başlamağa hazır olacağıq”.
Lakin Ukrayna Prezidneti Belarusda danışqlara razı olmayıb. O, təhlükəsizlik baxımından danışqların aparılması üçün Varşava, İstanbul, Budapeşt və ya Bakı şəhərini təklif edib.