Yaponiya hökuməti Rusiya rəhbərliyinin altı nümayəndəsi, o cümlədən prezident Vladimir Putin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.
 
APA xəbər veri ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
 
Sanksiyalar həmçinin müdafiə naziri Sergey Şoyqu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə də şamil edilir.
 
Məlumata əsasən, sanksiyalar sözügedən şəxslərin Yaponiyadakı aktivlərinin dondurulmasını nəzərdə tutulur.
 

Baxış sayı: 4682 | Tarix: 01.03.2022
Bizi Telegramda izləyin: @repostaz