Rusiya Federasiyası öz qoşunlarını Ukraynadan çıxaracağı təqdirdə bu ölkəyə sanksiyaların ləğvi məsələsi müzakirə oluna bilər.
 
RePost.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
 
Ənənəvi keçirilən brifinq zamanı Psaki deyib: "Mən burada proqnozlar vermək və ya qiymət vermək fikrində deyiləm. Əgər Rusiya Prezidenti Vladimir Putin gərginliyi azaltmaq üçün addımlar atmağa başlasa, əminəm ki, sanksiyaların ləğvi barədə danışa bilərik", - deyə Ağ Ev nümayəndəsi cavab verib.
 
Cen Psaki əlavə edib ki, ABŞ hakimiyyəti hesab edir ki, Rusiya nüvə silahı ilə bağlı təxribatçı bəyanatlar səsləndirir. Vaşinqton isə bunu təhlükəli hesab edir.
 
Ağ Evin mətbuat katibi qeyd edib ki, ABŞ və Rusiya əvvəllər bir sıra məsələlərdə ciddi fikir ayrılıqları yaşasa da uzun müddət nüvə silahından istifadənin fəlakətli nəticələr verəcəyi barədə razılığa gəliblər.

Baxış sayı: 3238 | Tarix: 01.03.2022
Bizi Telegramda izləyin: @repostaz