Ukrayna ordusu "Bayraktar TB2" zərbə tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə edərək Sumı vilayətində Rusiya qoşunlarına ağır zərbələr endirib.
 
Bu barədə “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.
 
Qeyd olunur ki, Lebedin (Sumı rayonu) yaxınlığında Rusiya ordusunun 96 tankı, 20 "Qrad" Yaylım Atəşli Reaktiv Sistemi (YARS), 8 yanacaq daşıyan maşın dəqiq zərbələrlə məhv edilib.

Baxış sayı: 3352 | Tarix: 01.03.2022
Bizi Telegramda izləyin: @repostaz