Artıq bir neçə Avropa ölkəsi gəmilərin Rusiyadan və əks istiqamətdə yük danşımasını dayandırıb.
Bu barədə BAKU.WS "Reuters"ə istinadən xəbər verir.
Avropa İttifaqı ölkələri hava nəqliyyatını dayandırdıqdan sonra dəniz məhdudiyyətlərini gücləndirmək məqsədi ilə Rusiya gəmilərinin limanlarına daxil olmasına qadağa qoymağı düşünürlər.
Avropa rəsmiləri deyirlər ki, bu addım Rusiyanın kommersiya daşımalarına daha da mane olacaq.
Bazar ertəsindən etibarən Britaniya artıq Rusiyaya məxsus bütün gəmilərin Britaniya limanlarına girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
Kanada da çərşənbə axşamından, Rusiya xam neftinin idxalını qadağan etdikdən bir gün sonra, bu həftənin sonunda limanlarını Rusiyaya məxsus gəmilər üçün bağlayacağını söyləyib.