Almaniya Kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 
APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə Almaniya hökuməti məlumat yayıb.
 
Bildirilib ki, 1 saat davam edən söhbət zamanı Kansler Putini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
 
Şolts həmçinin Putini döyüş gedən bəzi bölgələrə humanitar yardımın göndərilməsinə icazə verməyə çağırıb.
 
Məlumatda qeyd olunub ki, liderlər danışıqları davam etdirməyə razılaşıblar.

Baxış sayı: 3428 | Tarix: 04.03.2022
Bizi Telegramda izləyin: @repostaz