Ukrayna Rusiya Ordusunun itkilərini açıqlayıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində paylaşım edilib.
 
Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 269 ədəd tankı, 945 ədəd zirehli maşını, 105 ədəd artilleriya sistemi, 50 ədəd reaktiv yaylım atəşi sistemi, 19 ədəd hava hücumundan müdafiə sistemi, 39 ədəd təyyarəsi, 40 ədəd helikopteri, 409 ədəd avtomobil texnikası, 2 ədəd sürətli kateri, 60 ədəd yanacaq çəni, 3 ədəd dronu məhv edilib.
 
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin 10 mindən çox canlı qüvvə itirdiyini bəyan edib.

Baxış sayı: 3314 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz