Ukraynada baş verən hadisələr fonunda Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyadan enerji təchizatından asılılığı azaltmaq üçün nəzərdə tutulmuş ümumavropa enerji strategiyasının hazırlanmasını zəruri hesab edir.
 
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi xəbər görə, bunu Boris Conson Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.
 
"Bizə bu asılılıqdan çıxmaq üçün ümumavropa strategiyası lazımdır", - deyə, B. Conson vurğulayıb.
 
O əlavə edib ki, Şimali Amerika, Kanada və Körfəz regionunda başqa mənbələr və daha çox həcmdə bərpa olunan enerjinin birgə istehsalı üçün yollar mövcuddur.

Baxış sayı: 3542 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz